Zelenski onları 10 il müddətinə qara siyahı ya saldı

11.04.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna Prezidnti Volodimir Zelenski 18 hüquqi və 130 fiziki şəxsə, o cümlədən rusiyalı jurnalistlərə qarşı sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, siyahıya “İzvestiya” və “Rossiya 1” telekanallarının müharibə müxbirləri, Birinci Kanal, NTV və Zvezda televiziyalarının aparıcıları daxildir. Rusiya vətəndaşlığını qəbul etmiş prodüser Yuri Bardaş və politoloq Vadim Karasev də sanksiyalara məruz qalıb.

Siyahılara daxil edilən hüquqi şəxslər arasında “Başqa Ukrayna”, “Tavriya” teleradio şirkəti, Sankt-Peterburq hökumətinin informasiya-nəşriyyat mərkəzi “Petrocenter” və s. var. 

Sanksiyalar 10 il müddətinə tətbiq edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью