Zelenski onların telefon danışığını tənqid etdi

16.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şolzun Rusiya lideri Vladimir Putinlə telefon danışığını kəskin şəkildə pisləyib.

Bu barədə o, axşam videomüraciətində danışıb.

O, telefon danışığının Pandoranın qutusunu açdığını deyib.

“Olafın Zəngi, mənim fikrimcə, Pandoranın Qutusudur. İndi başqa söhbətlər, başqa zənglər ola bilər”, - Zelenski bildirib.

“Və bu, Putinin çoxdan istədiyi şeydir”, - deyə Zelenski davam edib:

“Onun təcridini, Rusiyanın təcridini zəiflətməsi və heç nə ilə bitməyəcək adi danışıqlar aparması son dərəcə vacibdir”.

Ukrayna prezidentinin sözlərinə görə, Putin uzun illər məhz belə davranıb və son nəticədə indiki müharibəyə səbəb olan da budur.

“Biz indi bütün bu çətinlikləri başa düşürük. Biz necə davranacağımızı bilirik. Biz xəbərdarlıq etmək istəyirik: Minsk-3 olmayacaq, bizə əsl sülh lazımdır”, - deyə Zelenski bildirib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью