Zelenski onunla görüşdən bəhs etdi KONKRET

29.07.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Volodimir Zelenski Polşanın baş naziri Donald Tusk ilə Lyublində baş tutan görüşünün detallarını paylaşıb.

KONKRET.az xəbər verir ki, “Telegram” kanalında məlumat verən dövlət başçısı bildirib ki, tərəflər bir sıra ikitərəfli məsələləri, o cümlədən dövlətlər arasındakı tarixi dialoqu müzakirə ediblər. Zelenski həmçinin Vaşinqtondakı diplomatik fəaliyyətləri barədə həmsöhbətinə məlumat verdiyini qeyd edib.

Görüş zamanı əsas diqqət müdafiə sahəsində əməkdaşlığa və Ukrayna şəhərlərinin Rusiya zərbələrindən qorunmasına yönəldilib. Xüsusilə hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda, Polşada sığınacaq tapan ukraynalıların təhlükəsizlik məsələləri və onların hüquqlarının qorunması müzakirə olunub. Ukrayna lideri ölkəsinin təhlükəsizliyinin həm də Polşanın təhlükəsizliyi demək olduğunu və bu əməkdaşlığın bütün Avropa regionunu gücləndirdiyini qeyd edib.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью