Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ordusunun Liman istiqamətində uğurlu əməliyyat keçirdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, Volodimir Zelenski bu barədə “Telegram”da paylaşım edib.
Volodimir Zelenski bu gün Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixail Dırapatının Donetsk vilayətinin Liman istiqamətində “Vivaldi” əməliyyatının nəticələri barədə məlumat verdiyini açıqlayıb.
Qeyd edək ki, son günlər rusiyayönümlü hərbi müxbirlər də Ukrayna Ordusunun Rusiya bölmələrini Liman şəhərinin şimalından sıxışdırdığını təsdiqləyirlər.