Zelenski orduya ayrılan pulları oğurlayıb?

29.11.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerikalı iqtisadçı Stiv Hanke özünün sosial media hesabında yazıb ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin yaxın ətrafı təxminən yüz milyardlarla dollar xarici yardım oğurlamış ola bilər.

“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı Rusiyanın "gazeta.ru" saytı məlumat yayıb.

“İlkin hesablamalara görə, Qərbin Ukraynaya verdiyi ümumi yardımın təxminən 15-30 %-i Prezidentin yaxın ətrafı tərəfindən oğurlanıb”, - deyə Stiv Hanke paylaşımında qeyd edib.

O bildirib ki, Ukraynanın 2022-ci ildən bəri aldığı ümumi pulun məbləği təxminən 360 milyard dollardır:

“Bu o deməkdir ki, 54 milyard ilə 108 milyard dollar arasında vəsait korrupsioner məmurların ciblərinə girib".

23 noyabrda ABŞ müdafiə nazirinin keçmiş müşaviri Duqlas MakQreqor bildirib ki, Zelenskinin bir neçə əməkdaşının ardınca ölkəni tərk edə bilər.

10 noyabrda Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu enerji sektorundakı korrupsiya işi üzrə genişmiqyaslı xüsusi əməliyyat elan edib.

Əsas şübhəlilərdən biri Ukraynadan qaçan və Zelenskinin ən yaxın müttəfiqi və "pul kisəsi" hesab edilən iş adamı Timur Mindiç olub.

Daha əvvəl Ukraynaya Rusiya aktivləri hesabına maliyyələşdirilən çoxmilyardlı kreditin ayrılacağı açıqlanmışdı.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью