Zelenski Ostinlə döyüş meydanındakı vəziyyəti müzakirə ETDİ

09.01.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın Ramşteyn aviabazasında qrupun 25-ci iclası çərçivəsində ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyld Ostin ilə görüşüb.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə "X"də yazıb.

"Lloyd Ostin ilə görüşərək Ukraynaya dəstək məsələsini müzakirə etdim", - Zelenski bildirib.

Ukrayna lideri bildirib ki, tərəflər döyüş meydanındakı vəziyyəti, həmçinin ölkəsinin pilotsuz uçuş aparatlarına olan ehtiyacını müzakirə ediblər:

"Biz həmçinin Ukraynanın havadan müdafiəsinin gücləndirilməsi və digər ölkələrdən əlavə hava hücumundan müdafiə sistemlərinin alınması perspektivləri barədə fikir mübadiləsi apardıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью