Zelenski Ottava Konvensiyasının qüvvəsini dayandıran qanunu imzalayıb

15.07.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna üçün piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının qüvvəsini dayandıran qanunu imzalayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna lideri Telegram kanalında bildirib.

"Mən dərhal Ukrayna üçün piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının dayandırılması ilə bağlı Ali Radadan verilən sənədi imzaladım", - o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью