Zelenski Parisə gəldi: tarixi razılaşma imzalanır

17.11.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelenski Fransada tarixi razılaşma imzalayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Zelenski Parisdə səfərdədir və orada Fransa Prezidenti Emmanuel Makron ilə danışıqlar aparır.

Məlumata görə, iki ölkə 10 illik strateji razılaşma imzalaya bilər. Bu razılaşma çərçivəsində Ukraynaya “Rafale” çoxməqsədli döyüş təyyarələri tədarük olunacaq. SAMP/T hava hücumundan müdafiə sistemləri, raketlər və pilotsuz uçuş aparatlarına qarşı sistemlərin tədarükü barədə də razılaşmalar ola bilər”,- məlumatda qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью