Zelenski Pentaqonun nümayəndələri ilə görüşüb

20.11.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp tərəfindən göndərilən və Pentaqonu təmsil edən nümayəndə heyəti ilə artıq ilkin görüşünü keçirib.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda nümayəndələrlə geniş tərkibdə görüş başlanır. Görüşdə son korrupsiya qalmaqalında adı hallanan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun da iştirak edəcəyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью