Zelenski: “Putin birbaşa görüşdən qaçır”

03.01.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin onunla birbaşa danışıqlardan yayınmağa çalışdığını deyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, ölkədaxili telemarafonda danışıb.

“O, mənimlə danışıqlara oturmamaq üçün hər şeyə əl atır. Prinsipcə, o, heç bir dialoq istəmir”, - deyə Ukrayna prezidenti qeyd edib.

Zelenskinin sözlərinə görə, iki ölkə arasında birbaşa danışıqlar Rusiya üçün itki olacaq, çünki bu, onun Ukraynanı işğal etmək məqsədinə çatmadığı anlamına gələcək.

“Birbaşa danışıqlar prinsipcə, Rusiya üçün zəiflik sayılır, çünki burada ultimatum səslənməyəcək... Bütün bunlar Putinin qarşısına qoyduğu tapşırığın yerinə yetirilmədiyi anlamına gəlir”, - deyə Zelenski vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью