Zelenski: “Putin müharibədə təşəbbüsü itirib”

29.07.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox New” televiziyasına müsahibəsində deyib. 

O bildirib ki, hazırda müharibə innovasiya yarışına çevrilib və strategiya daim dəyişir, çünki dronlar silahlara uyğunlaşdırılmadığı təqdirdə tez bir zamanda köhnəlir.
“Müharibənin başlanğıcından, Putinin Ukraynanı iki-üç günə işğal edəcəyini dediyi vaxtdan bəri, biz nəhəng hərbi-texniki sənaye qururuq. Bizim çox qabaqcıl texnologiyalara malik 500 şirkətimiz var.

Biz başa düşürük ki, bu müharibə hər üç-altı aydan bir dəyişir. Texnologiyaları dəyişdirməliyik” - dövlət başçısı vurğulayıb. 

Volodimir Zelenski söyləyib ki, Rusiyanın daha çox əhalisi var, ona görə də Ukrayna bu yarışda daha sürətli hərəkət etməlidir:

“Biz Putindən daha sürətli hərəkət etməliyik, çünki onun daha çox adamı var... Biz isə öz xalqımızı xilas etməliyik. Ona görə də xalqdan daha çox texnologiyadan istifadəyə üstünlük verməliyik”.

Zelenski onu da qeyd edib ki, Ukraynanın hərbi imkanlarının genişlənməsi və Rusiya hədəflərinə endirilən zərbələr təşəbbüsü Putinin əlindən alıb.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью