Zelenski Putin Uitkoff görüşündən siqnallar gözləyir

02.12.2025

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiya lideri Vladimir Putinlə görüşündən sonra onlardan siqnallar gözləyir.

Reyting.az xəbər verir ki, Vladimir Zelenskinin sözlərini “RBK-Ukrayna” öz Telegram kanalında yayıb.

“Onlar (Uitkoff və Kuşner-red.) Putinlə görüşdən dərhal sonra məhz bizə hesabat vermək istəyirlər. Düşünürəm ki, gələcək və növbəti addımlar həmin siqnallardan asılı olacaq. Bu addımlar bu gün ərzində sürətlə dəyişə bilər”,- Zelenski belə deyib.

E. KAMAL


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью