Zelenski: Putin Uitkoffa Donbası ilin sonuna qədər alacağına söz verib

09.09.2025

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Putin ilin sonuna qədər Donbası almaq istəyir, bu, Rusiyaya iki və ya üç milyon insanın həyatına başa gələcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABC News-a müsahibəsində deyib.

“O (Putin), amerikalılara, Ağ Evə və Prezident Trampın nümayəndəsi Uitkoffa Donbası ilin sonuna qədər maksimum iki-üç ayda alacağını söyləyib”, - Zelenski bildirib.

Zelenski bu informasiyanın mənbəyini açıqlamayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью