Zelenski Putinə bu ərazidə görüş təklif etdi

04.07.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merts ilə cəbhədəki vəziyyəti, Ukraynanın "Patriot" sistemlərinin lazımi raketlərlə təmin edilməsi imkanını müzakirə edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.

"İlk növbədə "Patriot" sistemlərimizi lazımi raketlərlə dəstəkləmək imkanı barədə danışdıq", – o bildirib. Sezar pizza

Telefon danışığı zamanı Volodimir Zelenski həmçinin Rusiya qoşunlarının Donetsk vilayətindəki Konstantinovka şəhərini "nəzarətə götürməsi" barədə məlumatları təkzib edib.

Zelenski Fridrix Mertsə Rusiya Prezidenti Vladimir Putinlə məhz Konstantinovkada görüşməyə hazır olduğunu bildirib.

"Əgər Konstantinovka hazırda Rusiyanın nəzarəti altındadırsa, o zaman, görünür, Putinin orada mənimlə görüşməkdə və nəhayət, müharibəyə son qoymaq üçün diplomatik həll yolları tapmaqda heç bir problemi olmayacaq", - Zelenski əlavə edib./Report


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью