Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna prezidenti Vladimir Zelenski Vladimir Putinin Ukrayna ərazisinə orta mənzilli “Oreşnik” raketinin istifadəsi ilə bağlı bəyanatına cavab verib.
Azpost.info bildirir ki, dövlət başçısının açıqlamalarını Ukrayna mətbuatı yayıb.
“Putin Ukraynanın ən böyük şəhərlərindən biri olan Dnepri vurdu.
Bu, bu müharibənin miqyasının və qəddarlığının açıq-aşkar artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin rüsvayçı şəkildə pozulmasıdır.
Bu, Rusiyanın bir il ərzində eskalasiyaya doğru ikinci addımıdır.
İlk belə addım Şimali Koreyanı Ukraynaya qarşı müharibədən əvvəl – ən azı 11 min əsgərdən ibarət kontingenti cəlb etmək idi”, – deyə Ukrayna prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, Putin dünyanın müharibəni genişləndirməmək çağırışna məhəl qoymadan bu addımların hər ikisini atıb: “Bu müharibəni başlayan yeganə şəxs Putindir.