Zelenski Putinə münasibətindən danışdı

18.10.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini özünə düşmən hesab edir.

Oxu.Az xəbər verir ki, Ukrayna lideri ABŞ Prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərlə açıqlamasında belə deyib.

"Putin mənə nifrət edir. Bu adama fərqli münasibət bəsləməyim mənə qəribə görünür. Mən də ona eyni cür münasibəti hiss edirəm", - deyə Zelenski qeyd edib.

O əlavə edib ki, Rusiya prezidentini və ümumilikdə rusları "Ukraynanın və bütün ukraynalıların düşməni" hesab edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью