Zelenski Putini Vatikana çağıra bilər

24.05.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna lideri Vladimir Zelenski Ukrayna üzrə danışıqların ikinci raundu ərəfəsində növbəti dəfə Rusiya prezidenti Vladimir Putini Vatikana çağıra bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Radanın deputatı Aleksandr Dubinski öz "Telegram" kanalında məlumat verib.

Məlumata görə, Rusiya və Ukrayna sülh danışıqlarının ikinci mərhələsinə hazırlaşır. Lakin yer və vaxt hələ müəyyən edilməyib.

Mətbuat Qərb ölkələrinin Vatikanda, Rusiyanın isə  İstanbulda görüşün keçirilməsində israr etdyini qeyd edir.

Rusiyanın xarici işlər naziri Lavrov isə bildirib ki, danışıqların yeri hələ müəyyən edilməyib, lakin o, Vatikanı “real” variant hesab etmir. 

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью