Zelenski Putinin atəşkəsə dair bəyanatına münasibət bildirdi

14.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin 30 günlük atəşkəs təklifindən imtina etməyə hazırlaşır".

Oxu.Az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Biz hamımız Putinin çox manipulyativ sözlərini eşitdik. O, faktiki olaraq, indiyə olan vəziyyətə görə, imtina etməyə hazırlaşır", - deyə Zelenski bildirib.

Xatırladaq ki, V.Putin Rusiyanın Ukraynada döyüş əməliyyatlarının dayandırılması təklifi ilə razılaşdığını, lakin onun uzunmüddətli sülhə gətirməli və böhranın ilkin səbəblərini aradan qaldırmalı olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью