Zelenski Putinin iç üzünü ifşa etdi: Xalqının həyatını...

16.12.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Volodimir Zelenski bildirib ki, Ukrayna və ABŞ danışıqlar qrupunun yeni görüşü yaxın günlərdə baş tuta bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında çıxışı zamanı deyib.

Prezidentin sözlərinə görə, təhlükəsizlik zəmanətləri məsələsi hələ də aktiv şəkildə müzakirə olunur. Ukrayna NATO-nun 5-ci maddəsinə uyğun zəmanətlər almaq və “istəkli ölkələr koalisiyası”nın  reaksiyasını dəqiq bilmək istəyir.

Zelenski vurğulayıb ki, müxtəlif formatlarda dəstəklənən Ukrayna ordusu və ölkənin Aİ-yə üzvlüyü təhlükəsizliyin əsas təminatçılarıdır.

O həmçinin qeyd edib ki, Ukrayna Rusiyadan yeni hücum olacağı təqdirdə ABŞ və Avropanın necə cavab verəcəyini bilməlidir.

Prezident əlavə edib ki, Rusiya lideri Vladimir Putin heç vaxt öz xalqının həyatını nəzərə almayıb və cəbhədəki itkilərlə hesablaşmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью