Zelenski: Putinin müharibəni bitirmək niyyəti yoxdur

09.12.2024

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Putinin Ukraynaya qarşı müharibəni bitirmək niyyəti yoxdur və buna məcbur edilməlidir.


Sherg.az "NextaTV"-yə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Zelenski Parisdə Makron və Trampla baş tutan üçtərəfli görüşü zamanı bildirib. “Onu məcbur etməyin yeganə yolu Ukraynanın güclü olmasını təmin etməkdir. Hər hansı diplomatiya qarşısında güclü Ukrayna döyüş meydanında güc deməkdir. 

Bura güclü ordu, silah paketləri, uzun mənzilli sistemlər, şübhəsiz ki, ATACMS, Taurus, Storm Shadow və SCALP raketləri daxildir” - deyə o, bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью