Zelenski Putinlə Antarktidada belə görüşməyə hazırdır

10.11.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Antarktida da daxil olmaqla dünyanın istənilən yerində Vladimir Putinlə görüşməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Sabah və çərşənbə günü Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların nə gətirəcəyini görəcəyik. Amma bir şey aydındır: yüksək səviyyəli sammit olmadan siyasi irəliləyiş ehtimalı azdır. Buna görə də Ukrayna Prezidenti Putinlə ən qısa fürsətdə - istər dekabr ayında Floridada, istər G20 çərçivəsində, istərsə də dünyanın istənilən yerində - hətta Antarktidada, Moskvadan başqa hər yerdə görüşməyə hazırdır", - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью