Zelenski Putinlə bağlı xəbərə təəccübləndi

17.10.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞRusiya liderlərinin Macarıstanda görüşəcəyini Vaşinqtona səfəri zamanı öyrənib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşr yazır ki, Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə məhz Macarıstanda görüşəcəyi xəbərini təəccüblə qarşılayıb.

Zelenski Trampın Putinlə görüşündən sonra mövqeyində dəyişikliyin ola biləcəyindən narahatdır. Xüsusilə Macarıstan kimi Ukraynaya dosta hesab edilməyən bir ölkədə belə bir görüşün baş tutması Kiyevdə təşvişə səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью