Zelenski Putinlə barışmaq istəyir Tramp

09.12.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə sülhə hazırdır.

"Unikal" xəbər verir ki, Donald Tramp bunu Notr-Dam kilsəsinin açılışı üçün Parisə səfəri zamanı dünya liderləri ilə görüşdən sonra "New York Post" qəzetinə müsahibəsində deyib.

"O, barışmaq istəyir. Bu yeni bir şeydir. O, atəşkəs istəyir. Detalları müzakirə etmədik. O, vaxtın yetişdiyini düşünür və Putin vaxtın yetişdiyini düşünməlidir", - ABŞ-nin gələcək prezidenti bildirib.

Tramp əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinə necə son qoyacağına dair konsepsiya hazırlayır.

Gülayə Mecid 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью