Zelenski Putinlə danışıqların mümkünlüyünü etiraf edib

23.01.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Vladimir Zelenski yeni Amerika lideri Donald Trampın Ukraynanın təhlükəsizliyinə zəmanət verməsi şərti ilə Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü etiraf edib.

“Bunu daha da yaxınlaşdırmaq üçün hər şeyi edəcəyəm. Əgər prezident Tramp, bizə Ukrayna üçün güclü və dönməz təhlükəsizliyi təmin edə bilsə, o zaman biz diplomatik yolla gedəcəyik. Mən başa düşürəm ki, Rusiya olmadan müharibəni diplomatik yolla bitirmək mümkün deyil" deyən Zelenski Bloomberg-ə müsahibəsində Ukraynaya təklif olunarsa, Putinlə danışıqlar masasına oturmamaq mövqeyini dəyişməyə hazır olub-olmadığı sualına cavab verib.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью