Zelenski Putinlə görüşə hazırdır KONKRET

27.01.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Prezident Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşə hazır olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə nazir “Avropa həqiqəti”nə müsahibəsində deyib.

Onun sözlərinə görə, sülh danışıqları çərçivəsində ərazilər və Zaporojye Atom Elektrik Stansiyası (AES) məsələlərinin həlli müzakirə oluna bilər.

A.Sibiqa bildirib ki, sülh prosesi çərçivəsində hələ də iki ən həssas məsələ razılaşdırılmayıb: ərazilərə və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət.

“Məhz bu məsələlərin həlli üçün Prezident Putinlə görüşməyə və bunları müzakirə etməyə hazırdır”, – nazir deyib.

Bununla yanaşı, o, Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşmək zərurətinin olmadığını əlavə edib.

O, həmçinin qeyd edib ki, danışıq qrupları artıq atəşkəsin parametrləri, monitorinqi və yoxlanılması qaydası ilə bağlı ətraflı söhbətlər aparıblar./Report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью