Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Vladimir Zelenski komandasına Rusiya Prezidenti Vladimir Putin Cenevrədə görüşünün təşkili tapşırığı verib.
Ölkə.az “axios”a istinadən xəbər verir ki, Ukrayna lideri ərazi məsələsində irəliləyiş əldə etməyin ən yaxşı yolunun Putinlə üz-üzə görüşmək olduğuna inanır.
Zelenskinin qoşunların geri çəkilməsi məsələsini müzakirə etməyə hazır olduğu bildirilir, lakin Moskvanı qoşunlarını eyni məsafəyə çəkməyə çağırıb və Rusiyanın ərazi üzərində suverenlik iddialarını rədd edib.
Zelenski həmçinin Ukraynada seçkilərin keçirilməsi məsələsinə və namizdəliyini irəlü sürüb-sürməyəcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib.
O deyib ki, atəşkəs dövründə seçkilər keçirilə bilər. “Namizədlik isə xalqdan asılı olacaq. Görək nə istəyəcəklər", - Zelenski deyib.
Rusiya ilə sülhə gəldikdə Zelenski deyib ki, Ukrayna xalqı Donbasdan qoşunların çıxarılmasını və bölgənin Rusiyanın nəzarətinə verilməsini əhatə edən sülh razılaşmasını rədd edəcək.
Mürtəza