Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının onlayn iclasında bildirib.
"Prezident Zelenski ən həssas məsələləri, xüsusilə də ərazilərə və Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələləri müzakirə etmək üçün Vladimir Putinlə görüşməyə hazırdır", - deyə Sibiqa qeyd edib.