Zelenski Putinlə görüşün G20 də keçirilə biləcəyini dedi

17.10.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə mümkün görüşünün dekabrın 14-15-də ABŞ-də keçiriləcək “Böyük İyirmiliy”in (G20) sammitində baş tuta biləcəyini bəyan edib.

Gununsesi.info Ukraynanın “NV” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı oktyabrın 17-də jurnalistlərlə həmsöhbət olarkən bildirib.

Zelenski görüşün digər neytral məkanlarda da təşkil oluna biləcəyini istisna etməyib:

“Bu görüş Yaxın Şərq ölkələrindən birində də baş tuta bilər. Amerika Birləşmiş Ştatları həmişə Birləşmiş Ərəb Əmirlikləri və ya Səudiyyə Ərəbistanının namizədliyini dilə gətirir. Bundan əlavə, görüş İyirmilik iclası çərçivəsində ABŞ-də keçirilə bilər”.

Bununla belə, Ukrayna lideri əlavə edib ki, görüşlə bağlı nə Rusiyadan, nə də ABŞ-dən hələlik rəsmi təsdiq daxil olmayıb. O, Avropa ölkələrindən birinin də platforma ola biləcəyini və avropalı tərəfdaşların artıq bu istiqamətdə təmaslara başladığını diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 16-da dekabrda Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidentini görmək istədiyini bəyan edib. ABŞ dövlət katibi Marko Rubio da artıq rusiyalı liderə rəsmi dəvətin göndərildiyini təsdiqləyib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində Vaşinqtona dəvətə görə minnətdarlığını bildirsə də, Putinin ABŞ-yə şəxsi səfəri ilə bağlı hələlik yekun qərarın verilmədiyini açıqlayıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью