Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah bizdən ərazini ələ keçirmək və de-yure onu tanımaq üçün istifadə edilə biləcək spesifik bir məsələdir”
Ukrayna Prezidenti Volodimir Zelenski Qrenlandiya ətrafındakı vəziyyətin Ukrayna üçün təhlükəli presedentə çevrilə biləcəyindən narahatdır. AYNA.AZ "İnterfaks-Ukrayna"ya istinadən bildirir ki, bu barədə Zelenski jurnalistlərlə görüşündə deyib.
"Fikrimcə, Qrenlandiyadakı vəziyyət sabah bizdən ərazini ələ keçirmək və de-yure onu tanımaq üçün istifadə edilə biləcək spesifik bir məsələdir. Buna belə baxmaq lazımdır", - deyə Zelenski bildirib.
Danimarkanın Baş naziri Mette Frederiksen daha əvvəl ABŞ Prezidenti Donald Trampın adanı ələ keçirmək niyyəti ilə bağlı dəfələrlə verdiyi açıqlamalara baxmayaraq, krallığın Qrenlandiyadan imtina etməyəcəyini bildirmişdi. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen Arktika adasının hakimiyyətinə və əhalisinə mümkün Amerika hərbi işğalına hazırlıqlara başlamağı tapşırdığını bildirmişdi.
ABŞ Prezidenti Donald Tramp yanvar ayında Davosda Vaşinqtonun Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün güc tətbiq etməyəcəyini bildirib.