Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır. Rusiya ilə bütün hərbi əsirlərin tam mübadiləsi mümkündür.
Bu təkliflə Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib.
O, bunu münaqişənin sona çatması prosesinin başlanğıcı kimi qiymətləndirib və bildirib ki, Ukrayna əsirlərin dəyişdirilməsinə hazırdır.
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran konfliktoloq Elman Vəliyev bildirib ki, müharibə uzun çəkməyəcək: “Çünki Ukrayna küncə sıxışdırılıb.
Tramp administrasiyası yeni dünya nizamı qurur. Burada əsas hədəf Çindir. Çinə gedən yol isə Rusiyadan keçir. Yeni nizam iqtisadi nizamdır.
İqtisadi durğunluqların olacağı proqnozlaşdırılır. Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi bəsit prosesdir.
Münaqişə dövlətlərinə əzir lazım deyil. ABŞ-ın bu addımından sonra Rusiya üçün qapılar genişləndi.
Çox güman ki, Trampla Putin də görüşəcək və ABŞ-ın planı müzakirə olunacaq. Planın nə olduğu hələki bilinmir.