Zelenski Romada ABŞ nümayəndəsi ilə silah və müdafiə məsələlərini müzakirə edib

09.07.2025

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Ukrayna Prezidenti Vladimir Zelenski Romada ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüş keçirib.

Doğru.az xəbər verir ki, bu barədə Zelenski şəxsi Telegram kanalında məlumat yayıb.

Görüş zamanı əsas müzakirə mövzuları Ukraynaya silah tədarükü və hava hücumundan müdafiə sisteminin gücləndirilməsi olub.

Xatırladaq ki, bundan əvvəl Zelenski Ukrayna Müdafiə Nazirliyinə və Silahlı Qüvvələrin rəhbərliyinə ABŞ-la müdafiə sahəsində təmasların intensivləşdirilməsi ilə bağlı göstəriş vermişdi.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью