Zelenski: Rusiya Donbasdakı vəziyyətlə bağlı danışıqlarda yanlış məlumat verib

11.11.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Əbu-Dabidə keçirilən danışıqlarda Donbasdakı hərbi vəziyyəti təhrif etdiyini bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində danışıqların yekunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndələri Ukraynanın nəzarətində olan Donbas ərazilərinin yarısını ələ keçirdiklərini iddia ediblər. Kiyev isə bu məlumatı foto, video və digər sübutlarla təkzib edib.

Zelenski ABŞ tərəfinin də döyüş meydanındakı vəziyyətlə bağlı Ukraynanın mövqeyini təsdiqlədiyini vurğulayıb. O, fikir ayrılıqlarının aradan qaldırılması üçün danışıqların dövlət başçıları səviyyəsində keçirilməsinin vacibliyini qeyd edib.

Ukrayna lideri noyabrın 11-də tərəflərin yüksək səviyyəli görüşün təşkili məsələsini müzakirə edə biləcəyini də bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью