Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisinə uzaqmənzilli zərbələr üçün prioritet hədəflər siyahısının yeniləndiyini bildirib.
Bizim.Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, plan qarşıya qoyulan vəzifələrə uyğun şəkildə icra olunur.
O qeyd edib ki, Ukraynanın zərbələrinin məsafəsi artıq 3000 kilometri ötüb və bu məsafə artmaqda davam edir.
Ukrayna lideri bildirib ki, bu kampaniya çərçivəsində ilin əvvəlindən etibarən 1000-dən çox zərbə missiyası həyata keçirilib.
Onun sözlərinə görə, hücumlar zamanı neft obyektləri, strateji hərbi istehsal müəssisələri və əsas logistika qovşaqları hədəfə alınıb.
Bizim.Media