525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ukrayna Müdafiə Qüvvələri Rusiya zavodlarına, neft obyektlərinə və digər hədəflərə qarşı “uzaqmənzilli zərbələr” endirib”.
525.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski bildirib.
“Rusiyanın zərbələrinə qarşı uzaqmənzilli imkanlarımızla ardıcıl şəkildə cavab veririk. Bu gecə Tula və Voronej vilayətlərində yerləşən iki müdafiə zavoduna qarşı hücumlar həyata keçirilib”, - Zelenski deyib.
Əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri Krasnodar diyarında Rusiyanın neft obyektlərinə qarşı əməliyyatı uğurla həyata keçirib.
Zərbələr rusların Ukraynaya qarşı dron terroru üçün istifadə etdikləri Kaluqa və Orlov bölgələrindəki hədəflərə tətbiq edilib. Bryansk bölgəsində isə onlar birbaşa işğalçı kontingentə qarşı əməliyyat aparıblar. Qara dənizdəki hədəf də vurulub.
Pərvanə Sultanova