Zelenski Rusiya ilə danışıqlara hazırdır

20.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

ABŞ-nin yeni prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Ukrayna prezidenti Volodimir Zelenskinin münaqişəni dayandırmaq üçün Rusiya ilə danışıqlara hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə CBS News-a danışıb.

“Zelenski deyir ki, “Prezident Tramp, biz sizinlə bu münaqişəni dayandırmaq üçün işləməyə hazırıq”, - Vals deyib.

Vals qeyd edib ki, Amerika administrasiyası Rusiya ilə Ukrayna arasında danışıqlar üçün şəraitin necə yaradılmasına qərar verəcək. Onun sözlərinə görə, sülh yolu ilə nizamlanması üçün hər iki tərəfin iştirakı lazımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью