Zelenski Rusiya ilə danışıqlarda Ukraynanı təmsil edəcək şəxsləri açıqlayıb

22.01.2026

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərində texniki səviyyədə keçiriləcək üçtərəfli görüşdə Ukrayna nümayəndə heyətinin tərkibini açıqlayıb.

Ukrayna lideri bu barədə Davosda jurnalistlərə danışıb.

Onun sözlərinə görə, Ukrayna tərəfini danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Aparatının rəhbəri Kirill Budanov, Prezident Aparatı rəhbərinin birinci müavini Sergey Kislitsa, hakim “Xalqın Xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edəcək.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью