Zelenski Rusiya ilə məhbus mübadiləsini təsdiqlədi

20.06.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsinin baş tutduğunu təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu haqda dövlət başçısı özünün “Teleqram" kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, geri qaytarılan ukraynalı hərbçilər iki ildən artıq müddətdə əsirlikdə olublar. Onların arasında Mariupolda, Donetsk Xalq Respublikası (DXR), Luqansk Xalq Respublikası, Xerson və Zaporojya vilayətlərində, eləcə də Xarkov və Çerniqov bölgələrində döyüşlərə qatılmış hərbçilər var.

Rusiya tərəfi də bu mübadilə çərçivəsində öz hərbçilərini geri alıb.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью