Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu barədə məlumatı "Fox News" telekanalı yayıb.
"Düzünü desəm, bu mövzuda həddindən artıq açıq danışmaq istəmirəm, çünki ruslar ordumuzun daxilində nələrin baş verdiyini anlaya bilərlər. Bizim təxminən 50 min ölən, eləcə də 400 minə yaxın yaralanan hərbçimiz var", - deyə Zelenski qeyd edib.
O, həmçinin itkin düşənlərin sayının da çox olduğunu diqqətə çatdırıb. Eyni zamanda, dövlət başçısı konkret və dəqiq statistika təqdim etməyin olduqca çətin olduğunu da əlavə edib.