Zelenski Rusiya ilə münaqişəyə “ləyaqətlə” son qoymağa çağırıb

09.01.2025

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişənin 2025-ci ildə başa çatması üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Almaniyanın Ramşteyn aviabazasında Kiyevə yardım üzrə təmas qrupunun iclasında danışan Zelenski, “mən bu müharibənin bu il Ukrayna və bütün Avropa üçün şərəflə başa çatması üçün mümkün olan hər şeyi edəcəyəm” deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью