Zelenski: Rusiya qitələrarası ballistik raketlə Ukraynanı vurub

21.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiya qitələrarası ballistik raketlə Ukraynanı vurub.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

Onun sözlərinə görə, Rusiya qitələrarası ballistik raketlə Dnepri hədəf alıb.

Zelenski qeyd edib ki, bu, dünyada belə silahların ilk dəfə döyüşdə istifadəsidir.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə "Rubej" ballistik raketlə vurduğu barədə məlumat yayılmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью