Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə yeni danışıqlar raundunun bu həftə keçiriləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Zelenski özünün "telegram" kanalında məlumat verib. Onun sözlərinə görə, əvvəlki görüşlərdə müharibənin başa çatdırılması üçün vacib olan əsas məsələlər müzakirə olunub.
“Görüşlərdə, ilk növbədə, müharibənin bitməsi üçün zəruri olan hərbi məsələlər ətrafında geniş müzakirələr apardıq. Eyni zamanda, hələ də həllini tapmamış mürəkkəb siyasi məsələlərə toxunduq. Tərəflərin əsas mövqeləri təhlil edildi və gələcək diplomatik fəaliyyətin çərçivəsi müəyyənləşdirildi”, - deyə Zelenski qeyd edib.
CNN telekanalı adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən xəbər verir ki, Ukrayna böhranının tənzimlənməsi ilə bağlı Əbu-Dabidə keçirilən danışıqlarda tərəflər bir neçə problemli məsələ üzrə razılıq əldə ediblər. Lakin bu razılaşmalar ərazi məsələlərini əhatə etməyib. ABŞ rəsmilərinin sözlərinə görə, danışıqlar “gözləntiləri üstələyib”, görüşlərin ab-havası isə “çox optimist, müsbət və konstruktiv” olub.
Nuriyyə NATİQQIZI