Zelenski: “Rusiya və ABŞ nümayəndələri ilə üçtərəfli görüşə hazıram”

05.10.2026

Icma.az bildirir, Ayna portalına istinadən.

“Ukrayna tərəfi görüşü BƏƏ-də və ya Amerika tərəfinin təklif etdiyi başqa bir ölkədə keçirməyə hazırdır”

“Münaqişənin həlli üçün oktyabr ayında Rusiya və ABŞ nümayəndələri ilə üçtərəfli görüşə hazıram”. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Vaşinqtonun danışıqları aparan şəxsləri Moskva və Kiyevlə əlaqə saxlayaraq bu ayın sonuna qədər texniki səviyyədə görüş keçirməyi təklif edirlər: “Dünən onlara tərəfimizin bunu dəstəkləməyə hazır olduğunu təsdiqlədim. Ukrayna tərəfi görüşü BƏƏ-də və ya Amerika tərəfinin təklif etdiyi başqa bir ölkədə keçirməyə hazırdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью