Zelenski: “Rusiyada Putindən başqa heç kimin həyatı əhəmiyyət daşımır”

03.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada yalnız bir nəfərin – Vladimir Putinin həyatının əhəmiyyət daşıdığını iddia edib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə Berlində keçirilən Təhlükəsizlik Konfransında çıxışı zamanı danışıb.
Rusiya ilə bağlı danışan Zelenski Moskvanın son illərdə qurduğu hərbi infrastrukturun yalnız Ukraynaya qarşı yönəlmədiyini vurğulayıb.
“Rusiya son illərdə hansı hərbi infrastrukturu qurur, buna baxın. Məgər bütün bunlar yalnız Ukrayna üçün nəzərdə tutulub? Bu infrastruktur bir ölkəyə – Ukraynaya qarşı istifadə olunmaq üçün həddindən artıq genişmiqyaslıdır. O, sizə qarşı yönəlib”, – deyə Zelenski bildirib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью