Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hazırda Rusiyada 10.000 Şimali Koreya əsgəri yerləşdirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu "Kyodo News"a verdiyi müsahibədə bildirib.
"Onların müasir hibrid müharibə haqqında bilik əldə etmələri çox təhlükəlidir. Onlar raketlərə, müxtəlif növ dronlara, o cümlədən fiber-optik dronlara - FPV-dən tutmuş uzaqmənzilli PUA-lara qədər - qarşı durmağı öyrənirlər", - deyə o bildirib.
Zelenskinin sözlərinə görə, Şimali Koreya qoşunları Rusiyada təlim keçir. "Deməli, onların bu imkanı var. Bu biliklərlə nə edəcəklər? Ən azından, bu təcrübəni və biliyi Şimali Koreyaya gətirəcəklər", - deyə Zelenski xəbərdarlıq edib.
Bizimyol.info