Zelenski Rusiyanın cəbhədəki uğurlarını görün nə ilə əlaqələndirdi

10.10.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski hava şəraitinin dəyişməsi ilə əlaqədar Rusiyanın hücumlarının qarşısının alınmasında müəyyən azalma olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb. Zelenski qeyd edib ki, son günlərdə hava şəraiti ilə əlaqədar dəf edilən hücumların sayı 20-30 faiz azalıb.

“Oktyabrın 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji infrastrukturu obyektlərinə, o cümlədən paytaxt Kiyevdəki mühüm obyektlərə kütləvi zərbələr endirib. Amma müşahidəmiz onu göstərir ki, hava şəraiti dəyişdiyi üçün hücumların dəf edilməsində müəyyən azalmalar yaaşayırıq”,- deyə o bildirib.

Qeyd edık ki, Kiyev meri Vitali Kliçko sakinləri növbəti hücumlara hazır olmağa çağırıb. O, son hücumu nəticələri baxımından ən ağır zərbələrdən biri kimi qiymətləndirib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью