Zelenski Rusiyanın Donbas planı ilə bağlı sərt açıqlama verib

05.02.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Donbası tam ələ keçirməsi üçün ən azı iki il vaxt və 800 min ölü əsgər lazımdır, lakin Moskva bu qədər itkiyə tab gətirə bilməz.

Milli.Az xəbər verir ki, o, Ukraynanın müharibədə 55 min itki verdiyini, həmçinin çox sayda itkin düşən şəxsin olduğunu açıqlayıb. Zelenski əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Avropadan deyil, əsasən Donald Trampdan çəkinir.

Ukrayna lideri müharibənin bitməsi üçün Rusiyanın real addımlar atmalı olduğunu, tərəfdaşların isə təhlükəsizlik zəmanətləri və təzyiqlərlə bunu dəstəkləməsinin vacibliyini vurğulayıb. 

Asya
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью