Zelenski Rusiyanın gecə hücumu barədə: Bu cür qətllər şüurlu cinayət və müharibənin uzadıl…
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya tərəfindən Ukraynaya qarşı həyata keçirilən gecə hücumundakı kimi qətllər, artıq real diplomatiyanın başlaya biləcəyi bir vaxtda baş verir və bu, şüurlu cinayət və müharibənin uzadılmasıdır.
APA xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb və əlavə edib ki, gecədən bəri Rusiya zərbələrinin nəticələrinin aradan qaldırılması davam edir.
“800-dən çox dron, 13 raket, onlardan dördü ballistikdir. İlkin məlumata görə, bir neçə dron Ukrayna ilə Belarus sərhədini keçib,” – deyə o
Dövlət başçısı xatırladıb ki, Kiyevdə adi yaşayış binaları dağıdılıb.
Onlardan birində dördüncü və səkkizinci mərtəbələr arasında arakəsmələr dağılıb.
“Hazırkı məlumata görə, iki nəfər həlak olub, onlardan biri uşaqdır.
Həlak olanların bütün yaxınlarına və doğmalarına başsağlığı verirəm,” – deyə Zelenski qeyd edib və əlavə edib ki, ümumilikdə yalnız paytaxtda onlarla yaralı var.
Tam oxu
Xəbəri oxu