Zelenski: Rusiyanın hücumları nəticəsində Kiyevdə 11 nəfər xəsarət alıb

11.07.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kiyevdə Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında hücumları zamanı 11 nəfər, o cümlədən bir uşaq xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Mülki infrastruktur hava həyəcanı elan edilməzdən əvvəl vurulub. Paytaxtda yaşayış binaları, ofislər və ilahiyyat seminariyası zədələnib. Bərpa işləri həmçinin Odessa, Sumı, Xarkov və Çerniqov vilayətlərində davam edir. Gecə ərzində Rusiya 120-dən çox dron və 12 raket atıb, onların da yarısı ballistikdir. Müdafiəçilərimiz hədəflərin əksəriyyətini vura bilib - lakin ballistik olanları yox", - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью