Zelenski: Rusiyanın “memorandumu” Vyana Konvensiyasını pozur | Icma.az
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kiyev, 4 iyun, AZƏRTAC Rusiyanın İstanbulda keçirilən danışıqlarda Ukraynaya təqdim etdiyi “memorandum” “aşağı səviyyəli insanlar” tərəfindən hazırlanıb.AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında söyləyib.Onun sözlərinə görə, bu “memorandum” 1969-cu il Vyana Konvensiyasını, xüsusilə də beynəlxalq danışıqlar hüququnu pozur.
Axı həmin “sənəd”in üçüncü bəndində gələcəkdə beynəlxalq danışıqlardan imtina nəzərdə tutulur.“Bir daha vurğulayıram ki, bu sənəd aşağı səviyyəli insanlar tərəfindən hazırlanıb.
Rusiya tərəfindən Ukrayna ilə dialoq aparan komanda lazımi səviyyədə deyil.
Onlar nəinki qərar qəbul etmirlər, həm də beynəlxalq hüquqda və Ukrayna qanunvericiliyində baş verənlərdən xəbərsizdirlər”, – deyə Zelenski bildirib.Onun fikrincə, əgər Rusiya Ukraynadan istənilən ittifaqdan çıxmağı tələb edirsə, o zaman Rusiya da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalıdır.Rusiya “memorandumu”nda yer alan bəndlərdən biri də Ukraynanın nüvə silahına malik olmayan ölkə olması və bu silahdan istifadə etməsinə qadağa qoyulmasıdır.“Bu sadəcə spam kimidir, elə də ki var.
Məqsəd spamlaşaraq özlərini göstərməkdir. Bu, təcrübəsiz daxili elektorata və siyasi piara yönəlib.
Hamı bilir ki, biz öz ərazimizdə heç bir nüvə silahı yerləşdirmirik, çünki bizdə belə silah yoxdur.
1994-cü ildən Budapeşt Memorandumu çərçivəsində nüvə silahlarının yayılmaması haqqında müqavilənin tərəflərindən biriyik.
Tam oxu
Xəbəri oxu