Zelenski Rusiyanın qonşu ölkələrlə bağlı planını ifşa etdi

01.08.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Qərb Rusiyadakı rejimi dəyişməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyada Helsinki razılaşmasının 50 illiyinə həsr olunmuş konfransda  deyib.

“Əgər dünya Rusiyada rejimin dəyişdirilməsini qarşısına məqsəd qoymasa, hətta müharibə başa çatdıqdan sonra da Moskva qonşu ölkələrdə sabitliyi pozmağa cəhd etməyə davam edəcək”, – o bildirib.

Bundan əvvəl avqustun 1-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerika administrasiyası 10 günlük müddətdən sonra Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью